İstifadə Qaydaları və
Hüquqi Şərtlər
StudX platformasına daxil olmaqla, siz aşağıda qeyd olunan təhlükəsizlik, məxfilik və komunitet qaydalarını qəbul etmiş olursunuz. Zəhmət olmasa sənədi diqqətlə oxuyun.
Tələbələrin Nəzərinə: Fırıldaqçılıqdan Qorunun!
StudX heç bir vasitəçilik haqqı almır və ödənişləri öz üzərindən keçirmir. Ev sahibi, otaq yoldaşı və ya satıcı qismində sizdən beh, depozit və ya öncədən ödəniş tələb edənlərə inanmayın. Məhsulu canlı görmədən, evə daxil olub şərtlərlə tanış olmadan heç bir maddi köçürmə etməyin.
1. Ümumi Müddəalar və Şərtlər
StudX tələbələr üçün sosial yardımlaşma ekosistemidir. Platformadan istifadə edən hər kəs Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin etik və mənəvi dəyərlərə riayət etməyə borcludur. Qeydiyyat zamanı tələbə statusunuzu və ya profil məlumatlarınızı dürüst daxil etməyiniz tələb olunur.
2. StudX Home və Roommate Təhlükəsizliyi
Ev və otaq yoldaşı elanları yerləşdirərkən aşağıdakı xüsusi qaydalara əməl edilməlidir:
- Elan daxilində saxta, başqasına məxsus və ya internetdən yüklənmiş ev şəkillərinin yerləşdirilməsi qadağandır.
- Otaq yoldaşı axtarışı zamanı şəxsi sərhədlərə hörmət edilməli, qarşı tərəfin tələbəlik hüquqları qorunmalıdır.
- Ev müqaviləsi və ya kirayə razılaşması birbaşa tərəflər arasında bağlanır. StudX bu müqavilələrin hüquqi tərəfi deyil.
3. StudX Lancer və Store (Ticarət və Xidmət)
Frilans xidmət təklif edərkən və ya ikinci əl məhsul satarkən:
- Layihələrin təhvil verilmə müddəti və ödəniş şərtləri sifarişçi ilə icraçı arasında öncədən tam aydınlaşdırılmalıdır.
- İkinci əl dərsliklər və ya elektron avadanlıqlar satılarkən, alıcıya məhsulun mövcud qüsurları barədə dürüst məlumat verilməlidir.
- Siyasi, dini, qeyri-qanuni və ya plagiat (AI tərəfindən yazılıb orijinal kimi təqdim edilən dərsliklər daxil olmaqla) materialların satışı və xidmət kimi təklif edilməsi qadağandır.
4. Məsuliyyətdən İmtina (Disclaimer)
StudX platforması, tələbələrin sərbəst şəkildə elan paylaşması üçün rəqəmsal bir sahə təqdim edir. Platformanın yaradıcısı İsmayıl İsmayılov və ya KarabakhStudio komandası istifadəçilərin bir-biri ilə bağladıqları şifahi və ya yazılı razılaşmalara, o cümlədən baş verə biləcək hər hansı maddi və ya mənəvi zərərlərə görə hüquqi öhdəlik daşımır. Təhlükəsizlik qaydalarına əməl etmək tamamilə sizin məsuliyyətinizdədir.
Tez-tez Verilən Hüquqi Suallar
Qaydalarla bağlı ən çox soruşulan sualların cavabları.
Qaydalar haqqında sualınız var?
Hər hansı bir bəndi başa düşməkdə çətinlik çəkirsinizsə və ya fırıldaqçı elan şübhəniz varsa, dərhal dəstək komandamızla əlaqə saxlayın.